"Qarabağ"ın futbolçusu: "Şükürlər olsun, 9 xal fərqini qoruya bildik"

00:01 - 3 Aprel 2015

"İkinci hissədə çox top itkisinə yol verdim"
 
"Çətin oyun olacağını əvvəlcədən bilirdik, qarşılaşma da gözlədiyimiz kimi oldu. Əsas məqsədimiz qalib gəlib aradakı xal fərqini artırmaq idi. Amma şükürlər olsun, 9 xal fərqini qoruya bildik. Bütün oyunlarda çalışırq ki, rahat oynayaq. İnanmıram ki. rahat oynamağımıza səbəb arada 9 xallıq fərqin olması idi".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Cavid Tağıyev bildirib. O, ikinci hissədə əvəzlənməsinə belə münasibət bildirib:
 
"Bu, baş məşqçinin qərarıdı. Həqiqətən də, ikinci hissədə çox top itkisinə yol verdim. Məşqçinin qərarına da hörmət edirəm. Deməli, belə olması lazım imiş".
 
O, komandada fiziki problemləri olması haqda da danışıb:

"Çalışdığımız qədər meydanda mübarizə apardıq. Mən özüm heç bir yorğunluq hiss etmədim. Digər futbolçularımız milli komandalarda 90 dəqiqə oynamışdılar. Növbəti oyunlarda daha yaxşı oynayacağıq".
 
Tağıyev mövsümün bitməsinə 9 tur qalmış komandasının ən yaxın izləyicisindən 9 xal irəlidə olmasına da şərh verib:
 
"İrəlidə oyunlarımız var. İstər "Bakı", istərsə də digər komandalarla oyunlarımız çətin keçəcək. Çalışmalıyıq, xal fərqi azalmasın. İndidən sonra çempionatda sıx qrafiklə oynayacağıq. Ona görə, hər oyuna maksimum səviyyədə hazırlaşmalıyıq. İstəsək, ardıcıl ikinci ildə çempion ola bilərik".

Xəbər xətti