Elvin Məmmədov: “Hər hansı komanda səhv etsəydi, hesabı öz xeyrinə dəyişə bilərdi”
"Meydanda bərabər mübarizə getdi. Əslində hər iki komanda ehtiyatlı oynayırdı. Hər hansı komanda səhv etsəydi, hesabı öz xeyrinə dəyişə bilərdi”
Sportal.az xəbər verir ki, bu sözləri "İnter"in yarımmüdafiəçisi Elvin Məmmədov "Qarabağ"la oyundan (0:0) sonra deyib.
“Bankirlər”in aparıçı futbolçusu heç-heçənin ədalətli nəticə olduğunu bildirib: "Qarabağ” çox yaxşı rəqibdir. Reynaldonun yoxluğu işimizi asanlaşdırmadı. Çünki “Qarabağ” yalnız Reynaldodan ibarət deyil. Bu qarşılaşmanın ədalətli nəticəsi bərabərlik idi”.
Elvin Məmmədov əsas rəqibləri ilə oyundan sonra "Qarabağ"ın çempionluq şansının artdığını vurğulayıb:
"Bu nəticədən sonra "Qarabağ"ın çempionluq şansı daha da artıb. Aramızdakı 9 xallıq fərqi yenə də qalır. Bundan sonra ikinci yeri qorumaq və kubok uğrunda mübarizə aparacağıq ki, Avropa Liqasına vəsiqə qazanaq".
saytlarin hazirlanmasi