Qara Qarayev: "Belə oyunda 1 xal da pis deyildi"
"Qarabağ"ın futbolçusu Qara Qarayev "İnter"lə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir.
- "İnter"lə qolsuz heç-heçəyə razılaşdınız. Oyun haqda fikirlərini bildirərdin..
- Bilirdik ki, bu komandaya uduzmaq olmazdı. İstəyirdik ki, qələbə qazanaq, amma alınmadı. Heç-heçə də bizim üçün pis olmadı. "İnter" öz oyunu ilə çempionatımıza rəngarənglik verən komandadı. Daim fərqli heyət və sistemlə oynayır. Bu oyunda gözləmədiyimiz 4-4-2 sistemi ilə oynadı. Belə oyunda 1 xal da pis deyildi.
- Rəqiblə 9 xallıq intervalı qoruya bildiniz..
- Bizin üçün vacib idi, bu oyunda xal itirməmək. Düşünürəm ki, xal itirmədik, hətta bir xal qazandıq. Hər həftə çempionluğa yaxınlaşırıq, amma arxaynlaşmaq olmaz. Hələ qarşıda çox çətin oyunlarımız var. Əsas odur qarşıdakı oyunlarımız haqda düşünək, indidən çempionluq haqda fikirləşmək məntiqsiz olar. Son dövrədə bizə məğlub olan komandalar bizdən xal almaq üçün vuruşacaqlar. bu da bizə çətinlik yaradacaq.
- Ev oyununuzu "Bakcell Arena"da keçirdiniz. Bu nə dərəcədə oyununuza təsir etdi?
- Yaxşı stadiondu, ilk oyunumuz idi meydan sahibi kimi burda oynayırdıq, bir növ məşq idi. Deməzdim, Respublika stadionunda oynasaydıq, qələbə qazanadıq, amma daha yaxşı futbol oynayardıq. Növbəti oyunlarda stadion amili aradan qalxacaq.
- Reynaldonun yoxluğu öz təsirini göstərdi?
- Sözsüz ki, komandanın hücumçusu olmasa, bu oyuna təsir edər. Amma meydanda olanlar da pis oynamadı. "İnter"ə qarşı 1-2 imkan olsa da, istifadə edə bilmədik. Reynaldonun yoxluğu təsir etdi, bəlkə o oynasaydı, uduzacaqdıq.
saytlarin hazirlanmasi