"Karşıyaka"nın baş məşqçisi ərizə yazdı: "Mahir Şükürovu komandamda istəmirəm"

13:09 - 3 Aprel 2015

Məşqə buraxılmadı

 

Türkiyə PTT 1-ci liqasında mübarizə aparan "Karşıyaka"nın baş məşqçisi millimizin də üzvü olan Mahir Şükürovu komandasında görmək istəmir.

 

Sportal.az xəbər verir ki, millimizin Malta ilə matçından sonra "Karşıyaka" rəhbərliyinə "Pasportumda möhür vurmağa boş yer olmadığı üçün gələ bilmirəm" deyən Mahir dünən komandaya qoşulmaq istəsə də, baş məşqçi Ayhan Akman tərəfindən məşqə buraxılmayıb. Futbolçunu bazadan uzaqlaşdıraraq "Onu komandamda görmək istəmirəm" deyən Akman rəhbərliyə bu barədə ərizə ilə müraciət edib. 

 

Qeyd edək ki, klubun İdarə heyətinin qərarından sonra Şükürovun taleyinə aydınlıq gələcək. Ya Mahir Şükürovla müqavilə ləğv ediləcək, ya da əvəzedici heyətə göndəriləcək.

Xəbər xətti