Futbolçular maaşlarını gözləyir
Premyer Liqanın 28-ci turunda "Bakı" "Qarabağ"ı qəbul edəcək.
Sportal. az-ın əldə etdiyi özəl məlumata görə, "Bakı"nın futbolçuları bu gün klubun bazasında məşqdən öncə yanvar ayının maaşlarını tələb ediblər. Klubdan istefa versə də, Yaşar Seyidov bu gün bazada futbolçulara yanvar ayının maaşını yaxın bir-iki gündə veriləcəyini bildirib.
Futbolçular 1 saat bazada gözləyərək maaşdan xəbər olmadığını görüb evlərinə qayıdıblar və bildiriblər ki, oyuna kimi maaşlar verilməsə "Qarabağ"la qarşılaşmaya da çıxmayacaqlar.
Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov futbolçulara yanvar-may ayının aralığındakı maaşların məhz AFFA-dan alacaqlarını bildirmişdi.
saytlarin hazirlanmasi