"Biz Sadıq Sadıqovun dəstəyini hər zaman hiss edirik"
"Neftçi"nin vitse-kapitanı Mirhüseyn Seyidovun Sportal.az-a müsahibəsi:
- Son turda "Bakı"nı 2:1 hesabı ilə məğlub etdiniz...
- "Bakı"nın vəziyyəti hər kəsə məlumdu, ola bilsin biz də oyuna o qədər yaxşı şəkildə köklənə bilməmişdik. Bizə lazım olan 3 xalı qazandıq. Əsas odur ardıcıl iki səfər oyunumuz var "Sİmurq" və "Xəzər Lənkəran", bu qarşılaşmalara yaxşı hazırlaşıb 6 xalı bu oyunlardan götürməliyik.
- "Neftçi" klubunun strukturunda dəyişikliklər oldu. Bu komandaya necə təsir etdi?
- Bizə o qədər təsir olmadı. Əgər Sadıq müəllim komandadan gedirsə, son gündə də bizim yanımızda idi. İnanıram ki. daha yaxşı olacaq. Bu dəyişiklik bizə də gözlənilməz oldu. Biz Sadıq Sadıqovun dəstəyini hər zaman hiss edirik.
- Malta ilə oyunda "Neftçi"dən heç bir futbolçu milli komandaya dəvət almadı...
- Bir futbolçu kimi səbəbini bilmirəm. Bəlkə başqa bir şey var. biz bilmirik. Səbəb olaraq oyunumuz göstərilirsə, komanda 3-cü pillədə qərarlaşır. kubokda yarımfinala yüksəldik, gözləyirdik, ki, ən azı 2 futbolçumuz komandaya dəvət alsın. Bir şeyi unutmayaq, "Neftçi" həmişə ölkənin öndə gedən komandası olub. Burdan milli komandaya futbolçu çağırmamaq hamının ağlında sual işarəsi yaradır.
- Vaqif Cavadov 6 dəqiqə oynayıb və komandaya dəvət alır. Amma sən və Araz Abdullayev kimi futbolçular kənarda qalır..
- Bizi düşündürən də budu. Əgər oynayanlar yox, cəmi 6 dəqiqə oynayan milliyə çağrılırsa, burda başqa amil var.
saytlarin hazirlanmasi