Nurlan Novruzov: "Bəzi insanların əsl sifətini gördük" MÜSAHİBƏ

14:58 - 6 Aprel 2015

"Biz Hafiz Məmmədova zərbə vura bilmərik"
 
"Bakı"nın hücumçusu Nurlan Novruzovun Sportal.az-a müsahibəsi: 
 
- "Qarabağ"la 1:1 hesablı heç-heçə etdiniz...
- Bu oyuna bildiyiniz kimi problemli çıxdıq. Bəzi insanların əsl sifətini gördük, amma buna baxmayaraq komanda olduğumuzu hamıya göstərdik. Oyuna gəldikdə isə meydanda xal alacağımıza inanırdıq.  Məşq etməməyimizə baxmayaraq layiqli mübarizə apardıq. Heç də zəif oynamadıq. Bu, əsl xarakter idi. 
 
- Penalti zərbəsini "panenka" stili ilə yerinə yetirdin. Bu ani verilmiş qərar idi?
- Zərəbəni belə yerinə yetirməyim, soyuqqanlılığımdan irəli gəlir. Belə oyunlarda aparıcı futbolçunun fərdi ustalıqları və meydanda aktiv olunmağı görünməlidi. Şükürlər olsun, zərbəni də istədiyim kimi vurdum və gözəl qol da alındı. 
 
- Oyundan öncə Novruz Əzimovun komandanı meydana çıxaracağı gözlənilirdi və onun qurduğu heyətdə sən və digər aparıcı futbolçuların adı yox idi. ..
- Mən də baş verənləri tam anlaya bilmirəm. Onlar bir daha gördü ki, bizim komandanı dağıtmaq qeyri-mümkündü. Biz məşqlərə çıxmadıq, ancaq oyuna çıxasıydıq. Səbəb isə biz Hafiz Məmmədova zərbə vura bilmərik. Bizi əsəbiləşdirən Hafiz müəllimin bizə ayırdığı pulu ala bilməməyimizdi. Belə şey olar? Qaldı ki, baş məşqçi məsələsinə komandanı İbrahim Uzunca tək qoymadı, biz dünən ona görə oynadıq və qazandığımız bir xal Hafiz Məmmədov, Zeynal Məmmədov və İbrahim Uzuncaya hədiyyə edirik.
 
-  Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız..
- Bu oyunda xal qazana bilərik. İnanın ki, bu komanda ilə yuxarı yerlər üçün də mübarizə apararıq. Amma problem odur ki, klub prezidentinin bizə ayırdığı pulu biz ala bilmirik. Pulumuz AFFAdadır, ümid edirik bu oyuna qədər pulumuzu verəcəklər.
 
- Dünən qol vurmaqla bombardirlik siyahısında yenidən liderliyə yüksəldin..
- Əlbəttə bombardir olmağı çox istəyirəm və çalışacam ki, əlimə düşən qol epizodlarından maksimum istifadə edim. Ən əsası da odur ki, qol vurmağımla yanaşı komandama qələbə qazandırım.

Xəbər xətti