"Simurq" azarkeşləri narazılıq etdilər
Premyer Liqanın 28-ci turu çərçivəsində “Smiurq” öz meydanında “Neftçi”yə 0:1 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, matç başa çatandan sonra qalmaqal yaşanıb.
Belə ki, flaqmanın hücumçusu Julius Vobay qeyri-etik hərəkəti ilə zaqatalalı azarkeşləri təhqir edib. Bu hadisədən sonra stadionun çıxışında Bakı klubunun icraçı direktoru Elnur Məmmədovla yerli fanatlar arasında dialoq olub, onlar Vobayın üzr istəməli olduğunu bildiriblər. “Ağ-qaralar”ın mühafizəçiləri mübahisəyə girişmək istəsə də, Məmmədov buna müdaxilə edərək, məsələnin böyüməsinə imkan verməyib.
saytlarin hazirlanmasi