"Pasport məsələsi boş məsələdi"
Son günlərdə millimizin üzvü Mahir Şükürovun klub rəhbərliyini pasport dəyişmək bəhanəsi ilə aldatması ilə bağlı xəbərlər səngimək bilmir.
Bu məsələ ilə bağlı Şükürov Sportal.az-a açıqlamasında son qoydu:
"Pasport məsələsi boş şeydi. Əslində məsələ tam başqadır, belə ki, "Karşıyaka"da 6 aydır maaş almıram. Mən millinin Malta ilə matçına gələndə ora bildirmişdim ki, əgər maaşımı verməyəcəksinizsə, gəlməyəcəm. Məhz Bakıda olanda mənə zəng edib bildirdilər ki, gəl maaşını verəcəyik. Məsələni baş məşqçi Ayhan Akmana danışdım və dedim ki, sizə də "6 ay maaş verməsələr, siz də işləmərsiniz. Akman isə bunun qarşılığında bizimlə olmaq istəmirsənsə, sənə fərdi proqram verim onunla çalış dedi. mən də bununla razılaşmadım.
Qaldı ki, pul məsələsinə görə, artıq Türkiyə Futbol Federasiyasına müraciət etmişəm. 5-ci gün hər şey məlum olacaq, ya pulu ödəyəcəklər, ya da sərbəst statuslu futbolçu olacam".
saytlarin hazirlanmasi