"AFFA maaşımın yarısını ödəyir"

01:02 - 7 Aprel 2015

Pelagris: "Müqaviləm bu il başa çatır"
 
"Bəli, AFFA maaşımın yarısını var. Amma mən buna etiraz etmirəm, çünki mənim onlardan maaşımın hamısını tələb etməyə haqqım yoxdu. Komandadakı problemlər hamıya məlumdu, məncə, bu barədə geniş danışmağa ehtiyac yoxdu. Prezidentimiz Hafiz Məmmədova inanıram, ümid edirəm hər şey düzələcək".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın kiprli müdafiəçisi Georgios Pelagris bildirib. O, "Bakı"dakı gələcək karyerasına da aydınlıq gətirib:
 
"Bu ilin sonunda müqaviləm başa çatır.  Hər şey "Bakı"nın gələcək vəziyyətindən asılıdı. Peşəkar futbolçu olduğuma görə, müqaviləmə hörmətlə yanaşıram. indidən komandada qalıb-qalmayacağım haqda heç nə demək istəmirəm"

Xəbər xətti