Klubdan şok açıqlama
Futbolçumuz Cavid İmamverdiyevin "Elazığspor"dan ayrılaraq ölkəmizə qayıtması ilə bağlı məlumat vermişdik.
Türkiyə klubunun adının açıqlanmasını istəməyən rəsmilərindən biri Sportal.az-ın əməkdaşı ilə söhbətində maraqlı açıqlamalar verib. Belə ki, klub Cavid İmamverdiyev üçün Elazığ şəhərində ev ayırsa da, hazırda evdə bəzi əşyalar yoxa çıxdığını bildirib. Onun sözlərinə görə, çox güman ki, Cavid əşyaların bəzilərini kiməsə hədiyyə edib. Bu barədə Cavid İmamverdiyevlə hələ ki, söhbətlərinin olmadıqlarını da dilə gətirib. Bu məsələ haqda qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.
Klub rəsmisi artıq Cavidin "Elazığspor"ka heç bir əlaqəsinin olmamasını və futbolçumuza bütün maaşlarının ödənildiyini bildirib. Sonda isə qeyd edib ki, İmamverdiyevin komandadan getməsini baş məşqçi Ümit Özat istəyib.
saytlarin hazirlanmasi