"Nifaq toxumu səpənləri pisləyirəm"
“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev bu həftə, aprelin 9-da “Xəzər Lənkəran”a qarşı keçiriləcək “Böyük oyun”la bağlı fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, 55 yaşının tamam olması münasibəti ilə bu gün ANS-in “Günə baxan” verilişinin qonağı olan xalq yazıçısı özünün də həmin matçı izləmək üçün Lənkərana gedəcəyini söyləyib.
O, hər iki komanda arasında idman gərginliyinin olmasını normal qarşıladığını söyləyib. Ç.Abdullayev bununla belə iki komandanın azarkeşləri arasında nifaq toxumu səpməyə yönələn addımları pisləyib.
O bildirib ki, bəziləri hər iki komanda arasındakı matçlar ərəfəsində ortaya “talış-azərbaycanlı” söhbəti atırlar. Ç.Abdullayev bunu axmaq söhbət kimi qiymətləndirib.
“Biz hamımız eyni ölkənin vətəndaşı, azərbaycanlıyıq. İdman gərginliyinin olması təbiidir. Amma stadionlarda qalmaqala, qarşıdurmalara yer olmamalıdır” – deyə xalq yazıçısı bildirib.
saytlarin hazirlanmasi