Mahir Şükürovu transfer etmək istəyən 4 komanda ÖZƏL

14:23 - 7 Aprel 2015

Futbolçu komandasını dəyişə bilər
 
Xəbər verdiyimiz kimi, millimizin futbolçusu Mahir Şükürov hazırda "Karşıyaka" klubu ilə problem yaşayır. Belə ki, futbolçumuz 6 ay maaş almadığı üçün Türkiyə Futbol Federasiyasına müraciət edib. Onun müraciətinə cümə gününə qədər baxılacaq. Futbolçu ya 6 aylıq borcunu alacaq, ya da klubu ilə müqaviləni ləğv etməyə haqq qazanacaq.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Şükürov artıq öz oyunu ilə PTT I Lİqada mübarizə aparan 4 komandanın diqqətini çəkib. Bunlar "Boluspor", "Antalyaspor", "Osmanlıspor" və "Elazığspor"du. Futbolçumuzu transfer etməyə ən yaxın komanda isə Şükürovun "Karşıyaka"ya transferində xüsusu rol oynamış Yusuf Şimşəkin çalışdırdığı "Antalyaspor"dur.

Xəbər xətti