"Neftçi" və "Qarabağ"ın futbolçuları Münhendə əməliyyat olunacaq

15:50 - 7 Aprel 2015

Hər iki futbolçunun xərcini AFFA qarşılayacaq
 
Millimiz və "Qarabağ"ın gənc futbolçusu Namiq Ələsgərov, 21 yaşlılardan ibarət milli komanda və "Neftç"nin futbolçusu Məqsəd İsayev Münhendə əməliyyat olunacaq.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, çarpaz bağlarında qopma aşkarlanan Ələsgərov artıq Almaniyadadır və futbolçu sabah əməliyyat olunacaq.  Eyni zədə ilə üzləşən Məqsəd İsayev isə aprelin 13-ü əməliyyat olunacaq. Futbolçuların ən azı 5 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
 
Qeyd edək ki, hər iki futbolçu milli komndaların heyətində zədələndiyi üçün bütün xərcləri AFFA qarşılayacaq.

Xəbər xətti