"Mayda vəziyyət düzələcək"
Dünən "Bakı" "Sumqayıt"la oyun öncəsi növbəti məşqinə çıxıb. Məşqdən sonra klubun meneceri Zeynal Məmmədov futbolçularla görüşüb.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, futbolçulara görüşdə bir neçə vacib nüanslara toxunub. İlk olaraq onu qeyd edib ki, may ayına qədər komandaya nəzarəti öz üzərinə götürəcək. Komandada aprel və may ayının maaşlarını AFFA-dan götürüb və futbolçulara bilavasitə özü verəcəyini dilə gətirib.
Məmmədov "Bakı"dakı maliyyə problemlərinin may ayından etibarən düzələcəyini bildirib. Onun fikirlərinə görə, yayda hansısa futbolçu komandanı tərk etmə istəsə, ona heç bir problem yaradılmadan sənədi veriləcək. Qalmaq istəyənlərlə isə müqavilə yenilənəcək.
Klubun meneceri komandanın hələ də yanvar ayının maaşını ala bilməməsi haqda isə dəqiq bir söz deməyib. Belə ki, o, klubun prezidenti qardaşı Hafiz Məmmədovla danışdıqdan sonra dəqiq bir söz deyəcəyini bildirib.
saytlarin hazirlanmasi