Skarlatake: "Gənc futbolçularımızdan 3-4-ü gələn mövsüm rahatlıqla start heyətdə oynaya bilər"
"Son turda "İnter"ə məğlub olduq. Səbəb "İnter"in daha təcrübəli v bizim gənc futbolçularla mübarizə aparmağımızdı. Bu oyunda maksimum 1 xala ümid edirdik, bu da alınmadı. Gənc futbolçularla oynamaq çətindir, amma əsas odur meydanın hər qarışında mübarizə aparırıq".
Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın təcrübəli futbolçusu Adrian Skarlatake bildirib. O, sabah qarşılaşacaları "Neftçi" ilə oyun haqda fikilərini bildirib:
"Neftçi"nin bizim əzəli rəqibimiz olduğu hər kəsə məlumdu, bu oyunda azarkeşlərimiz önündə uduzmamalıyıq. "Xəzər Lənkəran" ən zəif dönəmində də "Neftçi" ilə başabaş mübarizə aparıb. Sabah gənc futbolçularımızla birlikdə ələbə sevincini qeyd edəcəyimizə inanıram. Bu oyunda azarkeş amili də böyükdür. Ümid edirəm, onlar sabah meydanda olub bizə lazım olan dəstəyi verəcək".
Rumıniyalı müdafiəçi müqaviləsi haqda danışıb:
"Komanda ilə 2016-cı ilin yayına qədər müqaviləm var, müqaviləm bitənə qədər komandada qalmaq istəyirəm. Növbəti mövsüm "Xəzər Lənkəran"ın güclənəcəyinə və yenidən çempionluq uğrunda mübarizə aparacağına inanıram. Onu da qeyd edim ki, gənc futbolçularımızdan 3-4-ü gələn mövsüm rahatlıqla start heyətdə oynaya bilər.
saytlarin hazirlanmasi