Kamran Ağayev: "Allah haqqı deyirəm belə şey yoxdur" VİDEO
10:50 - 9 Aprel 2015
"İndi hamı deyəcək ki, övladı var"
Azərbaycanlı milli komandasının qapıçısı Kamran Ağayev ANS TV-də efirə gedən "Məchulu tapın” verilişinin qonağı olub.
Sportal.az xəbər verir ki, qapıçı "Kayserispor”un şərəfini qoruyan Ağayev formata uyğun olaraq ekspertlər tərəfindən dəyərləndirilib.
Onların əksəriyyətinin futbolçu barəsində söylədiyi fikirlər doğru çıxıb. Xüsusən, ekstrasens Həsən Həsrətlinin onun haqqında danışarkən anasını itirdiyini deməsi, qapıçını bir az kövrəldib.
"Bu elə bir hissdir ki, danışdıqca adam dolur. Bunu yaşayan bir insan bilir ki, nədir. Valideyn itkisi əlbəttə fərq eləmir, amma insan anadan yetim qalır. Ana da həyatda ən böyük varlığım idi. Mən həyatımda belə zərbə almamışdım. Əslində mən, çox mübarizə aparan bir insanam. Sonuna qədər gedirəm, bilsəm ki, alınmayacaq, yenə də gedirəm. Amma bu elə bir xəstəlikdir ki, çox vəhşi bir şəkildə itirmişəm anamı. Elə bir hal olub ki, oturub ölümün gözləmişəm ki, öləcək anam” – deyə K.Ağayev ekstrasensin fikrini təsdiqləyib.
Bundan başqa, 29 yaşlı əlcək sahibi övladının olub-olması ilə bağlı da fikirlərini bildirib. Çərçivə qoruyucusu bunları deyib: "İndi hamı deyəcək ki, övladı var… Vallah belə şey yoxdur. Vallahdan – Allahdan böyük yoxdur. Vallahi deyirəm, Allah haqqı deyirəm belə şey yoxdur. İnsan bir dəfə ailə qurur, bir dəfə də övladı olur, hamı da bilir ki, övladı var. Yoxsa belə şeylər bizim təbiətimizə görə deyil”