Daha iki "Xəzər Lənkəran" azarkeşi həbsdən azad edildi

12:30 - 9 Aprel 2015

Yalnız Elman Tağıyev qaldı
 
2013-cü ilin avqust ayında Lənkəran stadionunda baş verən hadisələrə görə həbs olunan və bir neçə ay sonra xuliqanlıq ittihamı ilə məhkəmə tərəfindən 3-il müddətinə azadlıqdan məhrum edilən "Xəzər Lənkəran" azarkeşləri ilə bağlı yeni xəbər var.
 
Sportal.az xəbər verir ki,  “Xəzər Lənkəran” klubu rəhbərliyinin müdaxiləsi sonrası həbsdə olan Rəfail Əkbərov və Aqşin Əkbərov azad ediliblər. Hər iki azarkeş şərti qaydada azadlığa çıxıblar. Hazırda zindanda qalan yeganə azarkeş Elman Tağıyev də ayın sonuna qədər azad olunacaq. Xatırladaq ki, bunacan Elçin Abdullayev dövlət başçısı tərəfindən əfv olunmuşdu. (12cioyuncu.info)

Xəbər xətti