"Böyük oyun" üçün Lənkərana gedən avtobuslar yoxlanılır

16:37 - 9 Aprel 2015

Təhlükəsizlik yüksək səviyyədə

 

Bu gün Premyer Liqanın 29-cu turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran"- "Neftçi" oyununa görə Lənkərana gedən bütün avtobuslar yol polisləri tərəfindən yoxlanılır. 

 

Sportal.az xəbər verir ki, yoxlamaya səbəb avtobusda "Neftçi" komandasının azarkeşlərinin olub-olmamasını müəyyənləşdirməkdir. Polislər bildiriblər ki, yoxlamanı təhlükəsizlik baxımından edirlər. Buna səbəb XL azarkeşlərinin "Netçi" azarkeşlərinə hər hansı bir ziyan yetirməsinin qarşısını almaqdır.

 

Qeyd edək ki, "Böyük oyun" saat 17:00-da start götürəcək.  

Xəbər xətti