Qayda pozuntusu olsa da...
Premyer Liqanın 29-cu turu çərçivəsində hal-hazırda da davam edən "Qarabağ" - AZAL matçında növbəti hakim biabırçılığı qeydə alınıb.
Sportal.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, "Qarabağ"ın 2:1 üstünlüyü ilə davam edən matçın ikinci hissəsində Reynaldo qapıçı ilə qarşı-qarşıya qalsa da, rəqib müdafiəçi Oskars Klavanın müdaxiləsi ilə yerdə qalıb. Yan xətt hakimi israrla qayda pozuntusu olduğunu desə də, görüşün baş hakimi Rəhim Həsənov oyunu davam etdirib.
Qeyd edək ki, epizoda "Qarabağ" futbolçuları etiraz etsə də, Həsənov qərarını dəyişməyib.
saytlarin hazirlanmasi