Tərlan Əhmədov: "4-cü yer artıq bizim üçün əlçatmazdır"

19:27 - 9 Aprel 2015

"Oyunçu problemimiz var"

 

Premyer Liqanın XXIX turu “Qarabağ” üçün uğurlu alındı. Qurban Qurbanovun başçılıq etdiyi komanda AZAL-ı 2-1 hesabı ilə üstələdi.

 

Sportal.az xəbər verir ki, oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:

 

"İlk növbədə “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Ardıcıl 3 oyundur ki, məğlub oluruq. Çətindir. Oyunçu problemimiz var. Viktor İqbekoyi və Aleksandr Şemonayev zədəlidir. Buna baxmayaraq, komanda nəsə etmək istəyirdi. Amma yenə də uduzduq. Məncə, 4-cü yer artıq bizim üçün əlçatmazdır. Bütün bu çətinliklərə baxmayaraq, mübarizə aparmaq lazımdır”.

Xəbər xətti