Arif Əsədov "Böyük oyun"dan danışdı

19:33 - 9 Aprel 2015

"Oyunçularım arxayınlaşdı"

 

Premyer Liqanın XXIX turunda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunu 2-2 hesabı ilə başa çatdı. “Xəzər Lənkəran” 0-2 hesabı ilə geri düşməsinə baxmayaraq, toparlanıb 2 qol vurdu və 1 xal qazandı.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov bunları qeyd edib:

 

“İki fərqli hissə izlədik. İlk hissədə ən yaxşı oyunumuzu keçirdiksə, ikinci hissədə ən pis oyunlarımızdan birini gördük. Erkən vurulan iki qol bizi arxayınlaşdırdı. Birinci hissədə hesab 5-0 da ola bilərdi. Amma çox təəsüf ki, qol epizodlarımızdan istifadə edə bilmədik və mühüm iki xal itirdik. Oyunun fasilәsindә 2 il bundan öncә 2:2 başa çatan oyunu da xatırladıq, amma xeyri olmadı. Futbolçulaımdakı arxayınlıq öz sözünü dedi. Qarşıda gələn "İnter"lə kubok matçına ciddi hazırlaşmalıyıq".

 

Xəbər xətti