"Çox sürətli oyun oldu"
Premyer Liqanıın XXIX turunda keçirilən “Sumqayıt” – “Bakı” oyununda qapılara qol vurulmadı.
Sportal.az xəbər verir ki, oyundan sonra "Bakı"nın baş məşqçisi İbrahim Uzunca bunları qeyd edib:
"Çox sürətli oyun oldu. Oyunda qol vuran komanda qalib gələcəkdi. Hər iki komanda çox yaxşı mübarizə apardı. Mən hər iki kollektivi təbrik edirəm. Biz akademiyada yetişən oyunçuların hesabına çıxış edirik. Hafiz Məmmədovun rəhbərliyi altında daha da yaxşı nəticələr qazanacağıq. Hazırda oyun baxımından əsas problemimiz qol epizodları vaxtı tez düşünməməyimizdir. Oyunun gedişatında Tural Qürbətovun cərimə meydançasının daxilində 100% qol şansını qaçırdığı üçün müəyyən dərəcədə əsəbiləşsəm də, sonradan bir-birimizi başa düşdük. Buna rəğmən, sürətli oyun gördük. İstədiyimiz də budur”.
saytlarin hazirlanmasi