"Nəticə oyuna görə oldu"
Premyer Liqanın XXIX turunda keçirilən “Sumqayıt” – “Bakı” oyununda qapılara qol vurulmadı.
Sportal.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov bunları qeyd edib:
"Futbolçular sağ olsunlar ki, bacarıqlarını ortaya qoydular. Biz qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, iki eynisəviyyəli komanda mübarizə aparırdı. 1 qol nəticəni müəyyənləşdirəcəkdi. Bunu heç bir komanda edə bilmədi. Məncə, nəticə oyuna görə oldu”.
saytlarin hazirlanmasi