Çingiz Abdullayev: "5-6 dəqiqə olsaydı, "Neftçi" üçüncü qolu da vura bilərdi" MÜSAHİBƏ

20:13 - 9 Aprel 2015

"Mənə yalnız atam təsir edirdi"

 

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev “Xəzər Lənkəran”la (2:2) oyundan sonra futbolxeber.az saytına müsahibə verib.

 

Sportal.az sizi həmin müsahibə ilə tanış edir:

 

 

- Oyunla bağlı nə deyə bilərsiz?

- Çox gözəl oyun keçdi. Təssüf ki, hesabda öndə olsaq da, qələbəni əldən verdik. Bununla belə, qeyd etməliyəm ki hər iki komanda çox gözəl oyun sərgilədi.

 

- “Neftçi” 2 qol vurdu, rəqib azlıqda qaldı. Amma komandanız qələbəni əldən verdi. Bunun səbəbini nədə görürsüz?

- Bu idmandı. Dediyim kimi, həm “Neftçi”, həm də “Xəzər Lənkəran” gözəl oyun sərgilədi. Hansısa komandanın pis oynadığını söyləmək düzgün çıxmaz. Mən gələndən “Neftçi” hələ uduzmayıb.

 

- Rəqib hesabı bərabərləşdirdikdən sonra düşünmədiz ki, “Neftçi” uduza bilər?

- Yox, buna inanmırdım. Əksinə, 5-6 dəqiqə də olsaydı, “Neftçi” üçüncü qolu vurardı.Hiss olunur ki, rəqib artıq yorulur. “Neftçi” fasilədə bir az sakitləşdi. “Xəzər Lənkəran” da hər iki qolu standart vəziyyətdən vurdu. İnanıram ki, “Neftçi” gələn oyunlarda daha yaxşı oynayacaq.

 

- Mətbuatda “Neftçi”nin alman baş məşqçi gətirəcəyi haqda xəbərlər yayılıb. Bu, nə dərəcədə düzgün informasiyadır?

- Mən belə şey etşiməmişəm. Mənim adımdan kim bunu deyirsə, yalandı. 10 gündü hələ komandaya gəlmişəm

 

- Hazırda “Neftçi”nin əsas məqsədi kuboku qazanmaqdı. Sizcə, belə oyunla “Neftçi” məqsədinə çata bilər?

- İnanıram ki, çata bilər. “Xəzər Lənkəran”ın meydanında 2 qol vurmaq çətindi.

 

- Amma sonda komandanız qələbəni əldən verdi...

- Bu, futboldu. Bəli, yekun nəticədə heç-heçə qeydə alındı. Amma çox gözəl oyunb alındı. Biz daha çox hücum edən tərəf idik. Sonda hətta “Neftçi”nin qapıçısı da komandanı irəli səsləyirdi. İnanıram ki, belə oyunla nəticə olacaq.

 

- Kimsə məşqçi işində sizə təsir edə bilər?

- Yox. Mənə bu günə kimi həyatda yalnız atam təsir edirdi. Ondan başqa mənə heç kim təsir etməyib və edə bilməz də.  

Xəbər xətti