Kapitanın zədəsi elə də ciddi deyil
Xəbər verdiyimiz kimi, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov dünən AZAL-la matçın ilk hissəsinin sonlarında zədələnərək oyunu yarımçıq davam etdirmişdi.
Sportal.az-ın əldə etdiyi məlumata görə, kapitanın zədəsi ciddi deyil. Sadıqov 2-3 müalicə ilə zədəsini tam sağaldacaq. Lakin onun aprelin 13-ü keçiriləcək "Simurq"la ölkə kubokunun yarımfinal matçında iştirak edib-etməyəcəyi isə hələlik dəqiq deyil. Komanda həkimləri hazırda futbolçunu bu matça çatdırmaq üçün çalışırlar.
saytlarin hazirlanmasi