"Ümidimizi itirməmişik, amma..."
Müqavilə ilə "Qarabağ"a məxsus olan və icarə əsasında AZAL-da çıxış edən Təmkin Xəlilzadənin Sportal.az-a müsahibəsi:
- Premyer Liqanın 29-cu turunda "Qarabağ"a 2:1 hesabı ilə məğlub oldunuz. Qarşılaşma haqda nə deyə bilərsən?
- Çempionatın ən güclü komandalarından birinə qarşı mübarizə aparırdıq. Oyuna da yaxşı hazırlaşmışdıq, qarşımıza maksimum nəticə qoymuşduq ki, bu oyunda uduzmayaq. Amma alınmadı, artıq bu qarşılaşmanı unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq.
- Oyundada göründü ki, AZAL mübarizə aparırdı, sadəcə hücumlarda son nöqtəni qoya bilmirdi. Buna səbəb nə idi?
- Bunun üzərində məşqlərdə də çalışırıq. Hücumları qura bilirik sadəcə epizodda tamamlaya bilmirik. Sonluğu çatdıra bilmirik, bunu tezliklə aradan qaldıracağımıza inanıram.
- Son 3 çempionat oyununda məğlub olursunuz. Artıq avrokubokların AZAL üçün əlçatmaz olduğunu deyə bilərik?
- Ümidimizi itirməmişik, amma "Simurq" , "Qəbələ" kimi komandalara baxanda, şansımız çox azdı. Qarşıda hələ oyunlarımız var, çalışmalıyıq bu oyunlarda maksimum nəticə əldə edək və çempionatı yaxşı yerdə bitirək.
- "Qarabağ" tərəfi oyun gedişində hakim idarəçiliynə tez-tez etiraz edirdi. Hakim idarəçiliyi ilə bağlı sən nə düşünürsən?
- Hakim də insandır, o da çalışır oyunu dzgün şəkildə idarə etsin. Səhv etməyi normaldı. o da bizim kimi insandı.
- Müqavilə ilə məxsus olduğun "Qarabağ"a qarşı oynadın...
- Çox istəyirdim, özümü "Qarabağ"a yaxşı tərəfdən göstərim, necə deyərlər özümü sübut edim. Amma kənardakılar daha yaxşı görər bunu edə bildim, ya yox. Amma bu qarşılaşmada öz oyunumdan razı qalmadım.
- Yayda icarə vaxtının müddəti başa çatır..
- Bu barədə hər iki komandanın məşqçilər heyətinin söhbəti olacaq, sonra hər şey məlum olacaq. Ola bilər "Qarabağ"a qayıdım, ya da AZAL-da da qala bilərəm.
- Ötən həftə "Qəbələ" ilə matçda Ronaldo sayağı keçid və zərbənlə yadda qaldın...
- Çox istəyirdim, həm epizod qol olsun. Amma dirəkdən qayıtdı, nə etmək olar?
saytlarin hazirlanmasi