"Qarabağ"ın qapısına haqsız penalti təyin edən Fariz Yusifov cəzalandırıldı

00:13 - 11 Aprel 2015

Hakimə təyinat verilmir
 
Premyer Liqanın 28-ci turunda baş tutan "Bakı" - "Qarabağ" (1:1) matçının baş hakimi Fariz Yusifov cəzalandırılıb. Belə ki, matçın 40-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Aydın Mustafazadə cərimə meydançasının daxilində yerdə qalır, hakim penalti təyin edir və "Bakı" bu qoldan sonra hesabı bərabərləşdirir.
 
Sportal.az-a daxil olan məlumata görə, Hakimlər Komitəsinin iclasında həmin epizod müzakirə edilib və orda penalti olmadığı qərara alınıb. Bu qərardan sonra Fariz Yusifova 3 tur Premyer Liqadan kənarda qalacağına aid məlumat əldə etmişik. Artıq təsadufi deyil ki, o, 29-cu turun heç bir oyununa təyinat almamışdı. 

Xəbər xətti