AFFA Mirbağır İsayevə yeni iş təklif etdi, amma mütəxəssis qəbul etmədi ÖZƏL

16:08 - 11 Aprel 2015

Baş məşqçidən gözlənilməz qərar
 
AÇ-2015 elit raund seçmə mərhələsindən sonra 17 yaşlılardan ibarət milli komandamızın baş məşqçisi Mirbağır İsayev istefa verdiyi barədə məlumat vermişdik.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, AFFA rəhbərliyi baş məşqçiyə yeni vəzifə təklif edib. Belə ki, Mirbağır İsayevə 15 yaşlılardan ibarət milli komandanın baş məşqçi postu təklif olunub. Lakin İsayev bu vəzifədə çalışmaqdan imtina edib. 
 
Qeyd edək ki, 15 yaşlılardan ibarət milli komandanın baş məşqçisi Aslan Kərimov bir müddət öncə vəzifədən uzaqlaşdırılmışdı.

Xəbər xətti