Məşqçilərə "gedin, evinizdə qalın" mesajı göndərildi
Premyer Liqa klublarından "İnter"də ciddi maliyyə sıxıntıları yaşanır.
Sportal.az bu barədə bir neçə məlumat əldə edib. Belə ki, aşağı yaş qrupları üzrə komandalara oyunlara yollanmaq üçün avtobus ayırmır, uşaqlar oyunlara valideynlərin köməkliyi ilə yollanır.
Digər bir tərəfdən "İnter"in əsas komandasında da "Neftçi" ilə matç öncəsi problem yaşanıb. Belə ki, komanda məşqçilər heyəti ilə oyun öncəsi otelə yollanaraq oyun saatını gözləməyə başlayıb. Bu zaman klub rəhbərliyi otel xərclərini azaltmaq üçün yerli məşqçilərə "gedin evinizdə qalın" mesajını göndərib.
Xatırladaq ki, bir müddət öncə klubun sahibi Cahangir Hacıyev Azərbaycan Beynəlxanq Bankının İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılmışdı.
saytlarin hazirlanmasi