Ağdam klubu haqda "Ofsayd"
Parisin "L`Entrepot" kinoteatrında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Europe by Europe Film Festivalı”nın 10 illiyi çərçivəsində Azərbaycan kinosuna həsr olunmuş Kino gecəsi” keçirilib.
TEAS-dan virtualaz.org saytına verilən məlumata görə, kinosevərlər dörd qısametrajlı filmlə tanış olublar. Tomas Qoltzun “Ofsayd”, Teymur Hacıyevin “Yara”, Sergey Pikalovun “Sonuncu”, Elmar İmanov və Engin Kundağın “Torn” filmləri parisli kinosevərlər tərəfindən maraqla qarşılanıb. Tamaşaçılar arasında Macarıstan və İspaniya kinorejissorları da olub. Sözügedən azərbaycanlı rejissorların qısametraşlı filmləri festival üçün seçilib. Bu il festival üçün seçilmiş filmlər Azərbaycan cəmiyyətinin müxtəlif tərəfləri haqda bəhs edilir.
Sportal.az xəbər verir ki, “Ofsayd” filmi Qarabağın - Ağdamın "Qarabağ" futbol klubunda danışır, komanda Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz oyunlarını işğal altında olan şəhərindən kənarda keçirmək məcburiyyətində qalıb.
saytlarin hazirlanmasi