Arif Əsədov: "Oyunçularıma demişəm ki..."

21:40 - 13 Aprel 2015

"Heyətdə problemlər vardı"

 

Azərbaycan Kubokunun ½ final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “İnter” matçı meydança sahibinin qələbəsi ilə başa çatdı. Gərgin keçən ilk oyunda “Neftçi” 2-0 hesablı qələbə qazandı.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Arif Əsədov bunları qeyd edib:

 

Heyətdə problemlər vardı. Son vaxtlar həm də sıx qrafikdə oynayırıq. Bütün bunlara görə yorğunluq vardı. Amma istənilən halda biz oyuna yaxşı köklənmişdik. Matça yaxşı başladıq, qol vurduq və davamını da gətirdik. Cavab qarşılaşması öncəsi yekun qələbə üçün yaxşı zəmin formalaşdırdıq. Oyunçularıma demişəm ki, arxayınlaşmaq olmaz. Qarşıdakı vacib oyunlara hazırlaşmalıyıq”.

Xəbər xətti