"Orda başqa taktika qurub qol buraxmamağa çalışmalıyıq"
Dünən ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında "İnter"ə qarşı dubl edən Nikolas Kanales "Neftçi"yə 2:0 hesablı qələbə qazandırıb.
Sportal.az xəbər verir ki, futbolçu oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
"Ağır oyun oldu, "İnter" həmişə bizə qarşı yaxşı oynayır, son iki oyunda da məğlub olmuşduq.
- Son oyunlarda məhsuldarlığın ilə yadda qalırsan. Demək olar ki, əvvəlki formanı bərpa etmisən?
- Çempionatın son dönəmi tam fərqli olur, komandalar daha güclü oyun göstərir. İnanmıram ki, bu mövsüm bombardir 20-3o qol vursun. Qaldı ki, öz oyunuma son zamanlar oyunumu tapıram, daha yaxşı performans göstərirəm.
- Bu nəticədən sonra cavab oyununda şansları necə dəyərləndirərdin?
- Arxaynlaşmaq olmaz, "İnter" süni meydançada daha yaxşı oynayır. Biz heç zaman orda çox qol vurmamışıq. Orda başqa taktika qurub qol buraxmamağa çalışmalıyıq.
- Belə oyunla "Neftçi" finalda ya "Qarabağ", ya da "Simurq"a qalib gələ bilər?
- Belə oyun göstərsək məncə qalib gəlib kubokun qalibi olarıq.
- İlk dəfə "Neftçi"yə gəldiyi zaman və indi bu iki müddət arasında çempionatın səviyyəsi çox aşağı düşüb?
- Balaca komandalar artıq rəqib ola bilmirlər, bu da formalaşmağa pis təsir edir. Deməzdim ki, çempionatın səviyyəsi aşağı düşməyib, bəzi komandaların səviyəsi artıb. İstəmirəm, zəif komandalar haqda pis danışım.
saytlarin hazirlanmasi