Böyükağa Hacıyevdən şok açıqlama: "Qəsdən uduzduq"

12:14 - 14 Aprel 2015

"Mən 15 il Naxçıvan klubunda çıxış etmişəm"

 

"15 il Naxçıvan klubunda çıxış etmişəm. Ona görə də bu komandaya qalib gəlmək düzgün olmazdı".

 

Sportal.az  xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev deyib.

 

"Space" telekanalında yayımlanan "Qol" verilişinin qonağı olan Hacıyev Premyer Liqanın I turunda "Araz Naxçıvan"a 0:3 hesabı ilə yenildikləri oyunla bağlı danışıb. Məşqçilər Komitəsinin üzvü qəsdən oynamadıqlarını etiraf edib: "Səfərə ikinci heyətin üzvlərini göndərdik. Ora gedən futbolçular da bilirdi ki, "Araz Naxçıvan" mənim komandamdı və onlara qalib gələ bilmərik".

Xəbər xətti