Sportal.az xəbər verir ki, turun son matçında millimizin qolkiperi Kamran Ağayevin komandası "Kayserispor" səfərdə "Alanyaspor"la qarşılaşıb.
Meydan sahibləri hesabı açsalar da, Kayseri təmsilçisi bərabərlik qolunu vurub. Ağayev bu matçda 90 dəqiqə meydanda olub. Qolkiper "Kayserispor" forması ilə çıxdığı 6-cı matçında qapısında ikinci topu görüb.
Qeyd edək ki, "Kayserispor" mövsümün bitməsinə 7 tur qala 57 xalla liderdir, ən yaxın izləyicisi "Adana Dəmirspor"u 6 xalla qabaqlayır