AFFA-dan "Xəzər Lənkəran" və "Qəbələ"yə cəza

12:56 - 14 Aprel 2015

Komitənin iclası

 

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. 

 

Sportal.az sizi həmin qərarlarla tanış edir:
 


Premyer Liqanın XXIX turunun “Xəzər Lənkəran” – “Neftçi” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 33-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 63 №-li futbolçusu Alfred Sankoh ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 Premyer Liqanın XXIX turunun “Qəbələ” – “Simurq” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur

Premyer Liqasının XXIX turunun “Sumqayıt” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Əvəzedici heyətlərin yarışında keçirilən XXIX turun “Xəzər Lənkəran” – “Neftçi” matçının 62-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 77 №-li futbolçusu Əli Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

Əvəzedici heyətlərin yarışında keçirilən XXIX turun “Qəbələ”–“Simurq” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

Xəbər xətti