Nazim Süleymanov: "Hələ düşünmək lazımdır" MÜSAHİBƏ

19:51 - 14 Aprel 2015

"Mən baş məşqçi kimi çalışmaq istəyirdim"
 
Azərbaycanın U-19 yığma komandasının baş məşqçisi təyin olunan Nazim Süleymanovun Sportal.az-a müsahibəsi
 
- U-19-a baş məşqçi təyin olunmağınız sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Mətbuatda namizədlərdən biri olduğumu oxumuşdum. Amma yekun qərar açıqlananda təbii ki, çox sevindim.
 
- Köməkçilərinizi müəyyənləşdirmisiniz?
- Təklif yeni gəlib. Mənə hələ düşünmək lazımdır.
 
- "Xəzər Lənkəran" və "Neftçi"də birgə çalışdığınız mütəxəssislərdən hansınısa çağırmaq barədə düşünmürsünüz?
- Hələlik, ad çəkmək istəmirəm.
 
- Təyinatdan sonra AFFA rəhbərliyi ilə söhbətiniz olub?
- Bəli, Elxan Məmmədovla görüşmüşəm. Ona bu etimada görə təşəkkürümü bildirdim. Həmçinin məni namizədlər siyahısına daxil edən Məşqçilər Komitəsinin üzvlərinə də minnətdaram.
 
- Amma əksəriyyət sizin Məşqçilər Komitəsində yer alacağınızı gözləyirdi...
- Nə deyə bilərəm? Məşqçilər həmişə təklif gözləyirlər. Məşqçilər Komitəsinin üzvləri layiqli insanlardır. Mən baş məşqçi kimi çalışmaq istəyirdim. Bu istəyimə uyğun da təklif aldım. Bu komandanı qaldırmaq üçün əlimdən gələni edəcəyəm.

Xəbər xətti