Amesterdama səfər edən veteran futbolçu klubun bazasında oldu
Azərbaycan millisinin sabıq üzvü hazırda Mahaçqalanın “Anji” klubunda idman direktoru işləyən Narvik Sırxayev “Ayaks” futbol akademiyasına baş çəkib.
Sportal.az xəbər verir ki, Amsterdama səfər edən veteran futbolçu klubun bazasında hollandiyalı mütəxəssislərlə görüşüb və ordakı şəraitlə tanış olub. Hollandiya səfəriylə bağlı mətbuata açıqlama verən Sırxayev belə deyib:
“Ayaks”ın bazasında futbolçu yetişdirmək üçün hər cür şərait var. Akademiyanın yeddi təbii və dörd süni örtüklü meydançası var. Yüksək səviyyədə meydançalarda uşaqlar məşq edirlər. Soyuq aylarda məşq keçmək üçün üstüqapalı manej də öz yerində. Ttrenajor zalı və bərpaolunma houvuzlarına söz ola bilməz. Belə bir bazada məşqçilərə yalnız çalışmaq və futbolçu yetişdirmək qalır”.
saytlarin hazirlanmasi