Muarem Muarem: "Qumda da oynasaq belə, qələbə qazanmalıyıq"

13:37 - 15 Aprel 2015

"Səfərdə iki çətin matçımız var"

 

Azərbaycan kubokunun 1/2 final mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Simurq" (1:0) matçından sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Muarem Muarem maraqlı fikirlər səsləndirib.

 

Sportal.az-a açıqlamasında Muarem bunları qeyd edib:

 

"Çətin oyun oldu. Qələbə qazandığımız üçün sevincliyik. Qarşıda bizi "Simurq"la iki ardıcıl səfər matçı gözləyir. Çətin rəqib olsa da, qələbə üçün meydana çıxacağıq. Bu oyunda sonradan meydana çıxmağım baş məşqçimiz qərarı idi. Bu amilin mənim üçün elə bir mühüm əhəmiyyəti yoxdu. Əsas komandanın qələbə qazanmasıdı. Çempionatda da 1 komanda ilə 4 dəfə qarşılaşırıq. Ona görə də "Simurq"la ard-arda 3 dəfə qarşılaşmağımız təbiidi. Bu oyunlara psixoloji cəhətdən hazır olmalıyıq".

 

Daha sonra matçın süni örtüklü meydança olan "İnter Arena"da keçirilməsinə toxunan makedoniyalı futbolçu onun elə də bir əhəmiyyət kəsb eləmədiyini bildirib:

 

"Bundan sonra hansı meydanda oynayacağımız önəmli deyil. Qumda da oynasaq belə, qələbə qazanmalıyıq".

Xəbər xətti