Mahir Şükürov "Karşıyaka" ilə müqaviləsini ləğv etdi

13:58 - 15 Aprel 2015

İzmiri tərk edib

 

Millimizin Malta ilə matçından sonra pasportunda yer olmadığını bildirərək "Karşıyaka"nın heyətinə 3 gün gec qoşulan Mahir Şükürov müqaviləsini birtərəfli ləğv edərək komandadan ayrılıb.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə PTT 1-ci liqasının son turunda İzmir təmsilçisinin baş məşqçisi Ayhan Akman tərəfindən "18-lik"ə salınmayan Şükürov əşyalarını yığaraq İzmirdən ayrılıb. 

 

Qeyd edək ki, məsələ ilə əlaqədar klub rəhbərliyinin şikayət edəcəyi gözlənilir.

Xəbər xətti