Azərbaycanlı futbolçu "Fənərbaxça"nın düşərgəsinə yollandı

00:07 - 16 Aprel 2015

Turan Vəlizadə Türkiyə klubunun diqqət mərkəzində
 
Daim uşaq futbolunun inkişafına diqqət ayıran “Əlincə” Futbol Klubu bu yöndə əməli fəaliyyətini davam etdirir.
 
Sportal.az xəbər verir ki, 2010-cu ildə iş adamı Hacı Məhərrəm Novruzov tərəfindən yaradılan “Əlincə”nin daha bir yetirməsi Turan Vəlizadə dünən Türkiyə nəhəngi “Fənərbaxça”nın düşərgəsinə baxışa yollanıb. U-15 komandamızın üzvü olan Vəlizadə qarşıdakı bir həftə ərzində “sarı-lacivərdlilər”in müvafiq yaş qrupunda yoxlanışdan keçəcək.
 
Xatırladaq ki, bir müddət öncə “Əlincə”nin daha bir yetirməsi Qara Qarayev İspaniyanın “Malaqa” klubunun düşərgəsində yoxlamadan keçmişdi.

Xəbər xətti