Klub rəhbərliyindən sərt qərar
Xəbər verdiyimiz ki, "Sumqayıt"da klub daxili iclasdan sonra uğursuz nəticələrə görə pul cəriməsi kəsilmişdi.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, əsas komandada çıxış edən hər futbolçunun maaşının 50 faizi kəsilib. Digər 50 faizinin veriləcəyi isə sual altındadır. Belə ki, klub rəhbərliyi sabah baş tutacaq AZAL-la oyunda qələbə qazanacağı təqdirdə maaşların yarısını futbolçulara paylayacaq. Məğlub olub və ya heç-heçə edəcəyi təqdirdə isə futbolçular 1 aylıq maaşlarından məhrum olacaq.
Qeyd edək ki, "Sumqayıt" ardıcıl 12 oyundur ki, qələbə üzünə həsrətdi.
saytlarin hazirlanmasi