Zədəlilərin son durumu
Xəbər verdiyimiz kimi, "Qarabağ"ın aparıcı futbolçularından sayılan Vüqar Nadirov zədəli olduğu, müdafiəçi Bədavi Hüseynov isə səhhətindəki problemlərlə əlaqədar aprelin 13-ü baş tutan "Simurq"la kubok oyunu buraxmışdılar.
Sportal.az bu iki futbolçunun son durumu haqda özəl məlumat əldə edib. Belə ki, müdafiəçi Bədavi Hüseynov artıq tam sağalıb və məşqlərdə iştirak edir. Baş məşqçinin şans verəcəyi təqdirdə bu gün Premyer Liqanın 30-cu turunda baş tutan "Simurq"la oyunda meydanda ola bilər.
Vüqar Nadirov isə hələlik zədəsini sağaltmayıb və onun bugünki qarşılaşmada oynamayacağı dəqiqdir.
Qeyd edək ki, "Simurq" - "Qarabağ" matçı bu gün saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi