Futbolçu bugündən başlayır
Kiyev "Dinamo"sunun yetirməsi Andrey Saxneviçin "Xəzər Lənkəran"a baxışa gələcəyi ilə bağlı xəbər vermişdik.
Klubdan Sportal.az-a verilən məlumata görə, 25 yaşlı cinah müdafiəçisi dünən Bakıya gəlib. O, buradan da Lənkərana komandasının düşərgəsinə yollanıb. Futbolçu bugündən etibarən məşqlərə başlayacaq. Burada baxışda olacaq ukraynalı futbolçu bəyəniləcəyi təqdirdə komandada qalacaq.
Qeyd edək ki, 1.83 boya malik Saxneviç 2005-2009-cu illər aralığında Ukraynanın U-17, U-19, U-21 millilərinin də şərəfini qoruyub. O, 2013-2014-cu illərdə Zaporoji "Metallurq"unda forma geyinib. 40 oyunda iştirak edib, 1 qol vurub.
saytlarin hazirlanmasi