Popoviç klub rəhbərliyinin ərarına etiraz edib
"Sumqayıt"ın qolkiperi Andrey Popoviçin nizam-intizam qaydalarını pozduğuna görə, əvəzedici heyətə göndərildiyi barədə məlumat vermişdik.
Sportal.az xəbər verir ki, Popoviçin hansı hərəkətinə görə "dubl"a göndərilməsinə komandanın baş məşqçisi Aqil Məmmədov "Futbol+" qəzetinə açıqlamasında bildirib:
"Popoviçin əvəzedici heyətə göndərilməsi qapıçının öz səhvidi. Maliyyə cəzası kimin səhv edib-etməməsindən asılı olmayaraq, bütün komandaya şamil edilir. Hansı futbolçu bu qərarla razı deyilsə, layiqli cəzasını alır".
saytlarin hazirlanmasi