"Əgər 2-ci qolu buraxmasaydıq, bəlkə də hesab fərqli olacaqdı"
Premyer Liqanın XXX turu “İnter” üçün uğurlu alındı. Belə ki, komanda səfərdə “Bakı”nı 2-1 hesabı ilə məğlub etdi.
Sportal.az komandaların baş məşqçilərinin oyun sonrası mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:
Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Qələbə qazanmaq vacibdir. Sevinirəm ki, qələbə qazandıq. Bu, müsbət haldır. Hesab edirəm ki, 6-0 hesabı ilə qələbə qazana biləcəyimiz oyunda sadəcə 2-1 hesabı ilə üstün olduq. Tez bir zamanda bu oyunu unudub, kubokun cavab qarşılaşmasına hazırlaşmalıyıq”
İbrahim Uzunca (“Bakı”nın baş məşqçisi): “İlk qoldan sonra “İnter”in üstünlüyü vardı. Sonradan öz oyunumuzu yaxşılaşdırdıq. Lakin sonradan ikinci qolu buraxdıq. Əgər 2-ci qolu buraxmasaydıq, bəlkə də hesab fərqli olacaqdı. İndi isə əsas məsələ digər oyunlara hazırlaşmaqdır”.
saytlarin hazirlanmasi