Qurban Qurbanov: "Bu amil bizi narahat edir"

20:34 - 17 Aprel 2015

"Düzdür, çox çətin oldu, oyunçular çox əziyyət çəkdilər"
 
"Ən vacib qələbələrimizdən birini qazandıq. Düzdür, çox çətin oldu, oyunçular çox əziyyət çəkdilər. “Simurq”a qarşı oynamaq həm xoşdur, həm də ağırdır. Mövsümün sonuna doğru getdikcə mikrozədələr çoxalır. Bu amil bizi narahat edir. Ehtiyat oyunçularımızın sayı o qədər də çox deyil. Hər bir oyun, hər bir xal bizim üçün çox vacibdir". 
 

Sportal.az xəbər verir ki. bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 30-cu turunda "Simurq" üzərində qələbədən sonra bildirib. Baş məşqçi kubok oyunu haqda da fikirlərini açıqlayıb:

 

"Hələ ki Zaqataladayıq.  Burada kubokun cavab oyununa hazırlaşacağıq. Bizi qarşıda yenə ağır oyun gözləyir. Yeri gəlmişkən, hər bir zaqatalalı azarkeşi salamlayıram, onlara təşəkkür edirəm".

Xəbər xətti