“Əsas odur ki, uğurlu seriyanın ardını gətirək”
Azərbaycan Premyer Liqasının 30-cu turunda “Neftçi”yə səfərdə 3:1 hesabı ilə qalib gələn “Qəbələ” ardıcıl olaraq 7-ci qələbəsini qazanıb.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov komandanın uğurlu çıxışına münasibət bildirib:
“Neftçi”ylə oyun həmişə ağır keçir. Bu dəfə də istisna olmadı. Ümumiyyətlə, qələbə qazanmağa layiq idik. Mövsümü 3-cü yerdə başa vurmaq bizdən asılı deyil. Gərək, “Neftiçi” xal itirsin ki, onlara çataq. “Qəbələ”nin hədəfi qarşıdakı oyunlarda qələbə qazanmaqdır. Əsası odur ki, uğurlu seriyanın ardını gətirək.
Hələ qarşıda 6 oyun var, belə davam etsək avrokuboklara vəsiqəni təmin edə bilərik. Ola bilsin ki, komanda da dəyişiliklər olsun. Yəni, yayda heyəti daha da gücləndirmək olar. “Simurq” oyunu ilə müqayisədə komanda “Neftçi”yə qarşı daha yaxşı oynadı.
Ölkə kubokunda mübarizəni dayandırmağımızda bəxt amili rol oynadı. Yəqni ki, “Simurq”a məğlub olduğumuz oyuna baxmısınız. Həmin oyunda nə qədər qol vurmaq imkanımız oldu. Hardasa iki cəbhədə mübarizə aparacaq gücdə ehtiyat qüvvəmiz olmadığından kobokla erkən vidalaşdıq”.
saytlarin hazirlanmasi