"İnter"də ciddi itki: 3 həftə oynamayacaq ÖZƏL

15:40 - 18 Aprel 2015

11 nömrə sıradan çıxdı
 
"İnter" ciddi itki ilə üzləşib.
 
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, son çempionat oyunlarında vurduğu qollarla yaxşı forma yığan Asif Məmmədov zədələnib. Futbolçu bir müddət əvvəl aldığı zədəni təzələyib və onun ən azı 3 həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir. Futbolçu xəbəri saytımıza açıqlamasında da təsdiqləyib.

Xəbər xətti