Amma, ancaq...
Bu, 6 illik fasilədən sonra qazanılmış çempionluq idi. Bu, “Neftçi” camiəsinin həsrətlə gözlədiyi bir çempionluq idi. Həmin gün Respublika stadionunda bayram idi, “Neftçi”lilərin bayramı. 2010/2011 mövsümünün çempionluq bayramı.
Sadıq Sadıqovun “Neftçi”si ardıcıl 3 il çempion oldu. Kubok da qazandı, ilk dəfə Azərbaycana Avropa Liqasının qrup mərhələsini bəxş etdi. Amma...
Amma indi “Neftçi”ni düzəltmək, dirçəltmək üçün yeni rəhbərlik gətiriblər. Bəli, məhz düzəltmək və dirçəltmək üçün. Sanki, Sadıq Sadıqovlu “Neftçi” bütün bu illər çempionluqları sıralayan yox, turnir cədvəlinin axırlarında var-gəl eləyən komanda olub.
Sadıq Sadıqovun çempionluqlarından heç danışmırlar da... Çünki o, bir tərəfdən titulları qazanardısa, o biri tərəfdən sürətlə futbol camiəsinin inamını itirirdi. Dava-dalaşlar, hakim qalmaqalları, söz-söhbətlə qazanılmış titullar onun “Neftçi”də sonunu gətirdi. İndi Sadıq Sadıqovu futbolda görmək istəmirlər...
Ancaq illər əvvəl işini düzgün qursaydı, ətrafına futbolu sevən insanları, nəticəni düşünən yox, gələcəyin klubunu yaratmaq istəyən insanları yığsaydı, ola bilər ki, bu qədər titul qazanmazdı, ancaq futbolumuz onun simasında bir rəhbər qazanardı. Amma, ancaq...
saytlarin hazirlanmasi